Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:48

İran Qərbi sanksiyaları sazişin ilk günündən qaldırmağa çağırır


Danışıqları İran xarici işlər nazirinin müavini Abbas Araqchi və Avropa İttifaqının siyasi direktoru Helga Schmid davam etdiriblər.

Danışıqları İran xarici işlər nazirinin müavini Abbas Araqchi və Avropa İttifaqının siyasi direktoru Helga Schmid davam etdiriblər.

İran xarici işlər nazirinin müavini Abbas Araqchi ölkəsinin qəti mövqeyini çatdıraraq deyib ki, Tehran üzərindəki sanksiyalar yekun sazişinin imzalandığı gündən qaldırılmalıdır.

Vyanada Qərblə Tehranın nüvə proqramına dair danışıqları bərpa olunub.

Danışıqların başlanğıcında İran xarici işlər nazirinin müavini Abbas Araqchi ölkəsinin qəti mövqeyini çatdıraraq deyib ki, Tehran üzərindəki sanksiyalar yekun sazişinin imzalandığı gündən qaldırılmalıdır.

Amerika Birləşmiş Ştatları bildirib ki, sanksiyalar mərhələli şəkildə qaldırılacaq.

ABŞ Konqresinin İranla danışıqlara mane ola biləcəyi barədə ehtimaldan danışan İran rəsmisi deyib ki, Barack Obama-nın administrasiyası danışıqlarda, ələxüsus da sanksiyalara dair götürdüyü öhdəliklərə əməl etməlidir.

Abbas Araqchi deyib ki, Tehran iyun ayının sonunadək, bəlkə ondan da bir qədər də tez yekun sazişinin imzalana biləcəyinə inanır.

Araqchi və Avropa İttifaqının siyasi direktoru Helga Schmid-in iştirakilə İran-Qərb danışıqları cümə axşamı günü də davam etdiriləcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Marzieh Afkham ölkə televiziyası ilə çıxışında deyib ki, ABŞ dövlət katibi John Kerry və onun iranlı həmkarı Mohammad Javad Zarifnüvə danışıqalrı barədə geniş telefon söhbəti ediblər.

Cənab Zarif gələn bazar ertəsi Nyu Yorkda keçirilən nüvə silahlarının yayılmamasına dair müqavilənin müzakirəsi əsnasında dövlət katibi John Kerry ilə görüşəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG