Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:50

Nigeriyada cihadçılar üzərinə son və qəti hücuma başlandığı elan edilib


Nigeriyanın quru qoşunları islamçı Boko Haram yaraqlılarının son istehkamı olan məntəqəyə hücum əməliyyatına başlayıb.

Nigeriyanın quru qoşunları islamçı Boko Haram yaraqlılarının son istehkamı olan məntəqəyə hücum əməliyyatına başlayıb.

Ölkənin şimal-şərqindəki Sambisa meşəliyində Boko Haramın bir neçə bazası var və təşkilat ölümcül hücumlarını bu bazalardan həyata keçirir.

Bu ərazi ötən fevraldan bəri havadan raket zərbəsinə tutulur.

Şibok məktəbində oğurlanan onlarca məktəbli qızın da burda gizlədildiyi güman edilir.

Boko Haram 2009-cu ildən bəri Nigeriyada minlərlə insanı qətlə yetirib.

Ekstremist qruplaşmanın qiyamı nəticəsində 3 milyon insan evlərindən didərgin düşüb.

XS
SM
MD
LG