Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:16

«İçərişəhər sökülüb-dağılır…»


XII əsrə aid olan İçərişəhərdə 500-dən artıq memarlıq abidəsi var
XII əsrə aid olan İçərişəhərdə 500-dən artıq memarlıq abidəsi var

«Dünyanın Təhlükədə olan İrs» siyahısında olan Bakıdakı qədim İçərişəhərin qorunması qaneedici deyil». YUNESKO-nun tarixi abidələrin qorunması üzrə eksperti, ABŞ-ın Minnesota Universitetinin professoru Artur Çenin sözlərinə görə, İçərişəhəri qorumaq üçün ilk növbədə əhali və bu işlə məşğul təşkilatlar vətəndaş fəallığı göstərməlidirlər. İçərişəhərin qorunmasının hazırkı vəziyyəti haqqındasa ekspert «Azadlıq» radiosuna bunları bildirdi: «May ayında burada olmuşdum. Beş ay sonra yenə buradayam. Bu müddət ərzində gördüyüm fərqə görə deyə bilərəm ki, vəziyyət qaneedici deyil. Öz gözümlə görmüşəm ki, tarixi abidə olan bir məscidin üzərində bərpa işi gedir, üzərinə əlavələr edilib, başqa bir bina isə sökülüb-dağılıb».


İndi YUNESKO-nun dəstəyi ilə Azərbaycanın Memarlıq və İnşaat Universiteti və Minnesota Universiteti İçərişəhərin Təhlükədə olan Mədəni İrs siyahısından çıxarılması üçün birgə əməkdaşlığa başlayıb. Burdakı tarixi abidələrin inventarlaşması başa çatdırılıb, qorunması planı hazırlanır. Artur Çen bildirir ki, onlar İçərişəhərin vəziyyətini yaxşılaşdıraraq onu təhlükədə olan abidələr sırasından çıxarıb dünya mədəni irsi siyahısına daxil edilməsinə çalışırlar.


XII əsr abidəsi olan İçərişəhərdə 500-dən artıq memarlıq abidəsi var. Tarixi əhəmiyyətinə görə İçərişəhər 2000-ci ildə YUNESKO-nun Dünya İrsi Abidələri siyahısına daxil edilib. Burda aparılan yeni tikililər qədim şəhəri simasını dəyişdiyinə və abidə qorunmadığına görə isə 2003-cü ildə Dünyanın Təhlükədə olan İrs siyahısına daxil edilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG