Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:23

Saakashvili hərbi formada Ukraynaya gedib- [video]


Mikheil Saakashvili hərbi təlimlər zamanı

Mikheil Saakashvili hərbi təlimlər zamanı

-

Mikheil Saakashvili şərqi Ukrayanaya səfər çərçivəsində Donetsk və Luqansk vilayətlərində olub. Ukrayna Beynəlxalq İslahatlar Şurasının sədri kimi o Kramatorsk, Lisiçansk, Artemovsk, Severodonetsk şəhərlərinə və ön cəbhə xəttində dislokasiya edilmiş bölmələrə baş çəkib. Fəxri qonaq kimi Saakashvili Donetsk dairəsində xüsusi təyinatlı bölmələrin növbədənkənar təlimlərində iştirak edib və kursantlara diplomlar təqdim edib.

Mikheil Saakashvili aylardır hər bir məntəqə uğrunda amansız mübarizə gedən, hazırda antiterror əməliyyatları aparılan Donetsk və Luqanskda ən qaynar nöqtələrə gedib.

İlk baş çəkdiyi Kramatorskda onu Ukrayna ordusunun general-mayoru Xudobryakov qəbul edib, cəbhə xəttindəki vəziyyətlə tanış edib.

Gürcüstanın keçmiş prezidenti Rusiyayönümlü separatçıların ağır silahlardan intensiv atəş açdığı yerlərə gedib. Onun sonuncu baş çəkdiyi şəhər Severodonetskdir. Ukraynanın ən qaynar nöqtəsində Saakaşvili fövqəladə hərbi təlimlərdə iştirak edib.

Saakashvili qızılgül inqilabı nəticəsində hakimiyyətə gəlib, 2004-2013-cü illərdə Gürcüstanın sayca üçüncü prezidenti olub. O hakimiyyəti dövründə anti-Kreml siyasəti ilə seçilib. 2008-ci ilin avqustunda Rusiya Gürcüstanla müharibə vəziyyətində olub. Tbilisi bundan sonra Gürcüstan tərkibində olan Cənubi Osetiya və Abxaziyaya nəzarəti itirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG