Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:18

Lavrov:"Rusiya Ukraynanın başqa dövlətlər tərəfindən parçalanmasını istəmir"


Sergei Lavrov

Sergei Lavrov

Rusiya Ukraynanın vahid və neytral olmasını görmək istəyir.

Bunu aprelin 22-də Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib.

O “Exo Moskvı” radiosuna müsahibəsində bildirib ki, biz Ukraynanın bölünməsində maraqlı deyilik. Biz Ukraynanın neytral qalmasını istəyirik, xüsusilə də hərbi-siyasi baxımdan.

O qeyd edib ki, Moskva Ukraynada sakitlik istəyir və onun İkinci Dünya müharibəsindən sonra indiki Ukrayna hökumətinə ərazi bağışlayan bir sıra Avropa ölkələri tərəfindən parçalanmasını istəmirik.

Lavrov Rusiyada həbsdə olan ukraynalı pilot Nadia Savchenkoya Minsk razılaşması çərçivəsində amnistiya verilməsinin mümkünlüyünü də istisna eləməyib.

Amma o qeyd edib ki, məsələyə məhkəmədə baxılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG