Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:10

Əlyazmalar İnstitutu XV-XVI əsr şairi Əhməd Şövqi Təbrizinin divanını əldə edib


Əlyazmalar İnstitutu

Əlyazmalar İnstitutu

-

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Paşa Kərimov Ağqoyunlular və Səfəvilər dövründə yaşamış (XV-XVI əsr) Azərbaycan şairi Əhməd Şövqi Təbrizinin lirik şeirləri toplusu divanının Ankara Milli Kitabxanasında saxlanan nüsxəsinin surətini əldə edib.

Xəbəri AzadlıqRadiosuna Əlyazmalar İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Sarvan Kərimov verib.

Təzkirələrdə verilən məlumata görə, Şövqi Təbrizi uzun bir ömür yaşayıb.

Şah İsmayıl Xətainin oğlu Sam Mirzənin katibi–münşisi vəzifəsini icra edib.

Sonralar mühacirət edərək 1547-ci ildə Kabildə vəfat edib.

Şairin anadilli divanında onun qəzəl, qəsidə, mürəbbe, müxəmməs, tərkibənd, tərcibənd, mərsiyə, müstəzad, rübai, bayatı və gəraylılar toplanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG