Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:26

Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri birgə hərbi təlimlərə başlayıb


Foto arxiv

Foto arxiv

Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri Qırğızıstanda birgə hərbi təlimlər keçirir.

Qırğızıstanın müdafiə nazirliyindən verilən məlumata görə, Rusiya, Çin, Qazaxıstan,Qırğızıstan və Tacikistanın hərbi birləşmələri aprelin 21-də Şamsi vadisində 4 günlük birgə təlimlərə başlayıblar.

Amma bu təşkilatın digər üzvü Özbəkistan təlimlərə qoşulmayıb.

Təlimlərdə məqsəd, qanunsuz silahlı birləşmələr və terrorçuluqla mübarizə, habelə girovların azad edilməsi ilə bağlı əməliyyatları təkmilləşdirməkdir.

Əfqanıstan, Hindistan, İran, Monqolustan və Pakistan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi kimi iştirak edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG