Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:20

Vyanada İranın nüvə proqramı ilə bağlı danışıqlar aparılır.

ABŞ Dövlət katibinin müavini State Wendy Sherman,İran xarici işlər nazirinin müavini Abbas Araghchi və Avropa Birliyinin rəsmisiHelga Schmid aprelin 22-də Vyanada danışıqlara başlayıblar.

Qeyd edək ki, ayın əvvəllərində İsveçrədə İranın nüvə proqramı ilə bağlı Tehran və 6 dünya ölkəsi arasında çərçivə sazişi imzalanıb.

Tərəflər iyunadək yekun razılaşma əldə etmək qərarına gəliblər.

Söhbət İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı sanksiyaların ləğvindən gedir.

ABŞ Dövlət katibi John Kerri, İranın xarici işlər naziri Javad Zaif və 5 digər ölkənin rəsmiləri isə bir qədər sonra bir araya gələcəklər.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG