Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:01

İlham Əliyev ailəsi ilə birlikdə İdman Sarayında olub


Heydər Əliyev adına İdman Sarayı

Heydər Əliyev adına İdman Sarayı

-

Aprelin 22-də prezident İlham Əliyev, xanımı, Bakı-2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev adına İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

Xəbəri president.az saytı yayıb.

Təmir işləri zamanı binanın fasadı tamamilə yenilənib. Tac şəkilli olan fasad xüsusi örtüklə üzlənib. Fasadı bədii tərtibatda işıqlandırmaq üçün müxtəlif rəngdə xüsusi lampalar və projektorlar quraşdırılıb, avtomat idarəetmə mərkəzi yaradılıb.

İlham Əliyev ailəsi ilə birlikdə İdman Sarayında

İlham Əliyev ailəsi ilə birlikdə İdman Sarayında

İdman Sarayının məşq zalında püşkatma, dopinq yoxlama, tibb, hakimlər üçün istirahət, beynəlxalq federasiyaların işçi otaqları və kafe, yarış mərkəzi, 40 nəfərlik iclas zalı, 250 yerlik yeməkxana, mətbəx var. Kompleksdə 200 yerlik mətbuat mərkəzi, jurnalistlər üçün kafe, 40 nəfərlik konfrans otağı, könüllülər üçün 350 nəfərlik zal və kafe də yaradılıb.

Sarayın ümumi tamaşaçı tutumu təmirdən əvvəl 7 min 587 nəfər idisə, indi bu rəqəm 7 min 830-a çatdırılıb. VIP tamaşaçılar üçün 126, fiziki imkanları məhdud tamaşaçılar üçün isə 30 oturacaq quraşdırılıb.

Sarayın ümumi tamaşaçı tutumu 7 min 830-a çatdırılıb.

Sarayın ümumi tamaşaçı tutumu 7 min 830-a çatdırılıb.

Ümumi sahəsi 54.8 min kvadratmetr olan binada aparılan əsaslı təmir işləri zamanı daxili kommunikasiya, havalandırma sistemləri yenidən qurulub, zalların döşəməsinə idman təyinatlı xüsusi örtük vurulub.

İdman qurğusunda təhlükəsizliyin təmin olunması məqsədilə müşahidə kameraları və zalların işıqlandırılması üçün 222 müasir projektor quraşdırılıb. Bina genişzolaqlı internet, müasir akustika sistemləri, avadanlığın davamlı işləməsini təmin edən transformator, UPS və generator elektrik sistemləri ilə təchiz edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG