Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:54

Məhkəmə Yadigar Sadıqovu vaxtından əvvəl azadlığa buraxmadı


Yadigar Sadıqov
Yadigar Sadıqov

-

Qaradağ rayon Məhkəməsi Müsavat Partiyasının sədr müavini Yadigar Sadıqovu cəza müddətinin yarısını çəkməsi ilə bağlı vaxtından əvvəl şərti azadlığa buraxmaqdan imtina edib.

Bu haqda Siyasi Məhbusların Müdafiə Komitəsi məlumat yayıb.

Məhkəmə cəzaçəkmə rəhbərliyinin təqdim etdiyi mənfi xasiyyətnaməyə görə Y.Sadıqovun xahişini təmin etməyib. Həmin xasiyyətnamədə deyilir ki, «Yadigar Sadıqov peşmançılıq hissi keçirmir, əməyə meylli deyil, səhərdən axşama kimi kitab oxuyur və islah olunmayıb».

2014-c ilin noyabrında da Yadigar Sadıqov bu səbəblərə görə cəzasının üçdə bir hissəsini çəkdiyindən vaxtından əvvəl azadlığa buraxılmamışdı.

Müdafiə tərəfi bu səbəbləri əsassız sayır.

Yadigar Sadıqov 2013-cü ilin iyununda xuliqanlıq ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Sonradan Apellyasiya Məhkəməsi həbs müddətini 4 ilə, Ali Məhkəmə isə 3 il yarıma endirib.

Hüquq müdafiə təşkilatları onu siyasi məhbus sayır.

XS
SM
MD
LG