Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:30

XƏBƏRLƏR


Texaslı musiqiçilər Amerika xalq havalarını Azərbaycana yayacaq


«De Hot Klab of Kautaun», yəni «Kautaunlu isti klub» adlı bu musiqiçilər qrupu, əsasən, kantri musiqisinin mahir ifaçıları kimi tanınıb. ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Elibet Merfinin mətbuatda açıqladığına görə, qrupun səfərini Birləşmiş Ştatların dövlət departamenti maliyyələşdirib. «Bu mədəni tədbir olsa da, universal səciyyə daşıyır: xalq musiqisi insanların bir-birini daha yaxşı tanımasına yol açır»- Elibet Merfi belə deyib. Paytaxt Bakıdan başqa Azərbaycanın bölgələrində yaşayanlar da «De Hot Klab of Kautaun»qrupunun ifalarını dinləmək imkanı qazanıblar.



«Azərbaycan tələbəsi oxumağa yox, oxumamağa görə pul verməyə hazırdır»


Filologiya doktoru, professor Həsən Quliyev belə düşünür. O, «Exo» qəzetində dərc olunan məqaləsində bildirir ki, bu ağır vəziyyəti dəyişmək və Boloniya Kovensiyasının tələblərinə uyğunlaşmaq üçün bizim təhsil diplom verməyi deyil, cəmiyyətdə ehtiyac duyulan peşəkarlar yetirməyi hədəf götürməlidir. Professor Quliyevin fikrincə, peşəkarları təkcə ali təhsilli kadrlar yox, peşə məktəbinin məzunu və ya texnikum təhsilli mütəxəssislər də hazırlaya bilər.



Qazaxıstan latın əlifbasına keçəcək


Qazaxıstan xalqlarının paytaxt Astanada keçirilən Assambleyasında bu barədə qərar verilib. «Düşünürəm ki, artıq latın qrafikalı əlifbaya keçməyin zamanıdır» -prezident Nazarbayev belə deyib. Qazaxıstanın Kütləvi İnformasiya Vasitələri latın əlifbasına keçid hazırlığının tamamlanması üçün 6 ay vaxt verildiyini vurğulayıb.


XS
SM
MD
LG