Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:49

Parisdə kilsəyə hücuma hazırlaşmaqda şübhəli bilinən 1 nəfər həbs edilib


Bernard Cazeneuve

Bernard Cazeneuve

Parisdə kilsələrə hücuma hazırlaşmaqda şübhəli bilinən 1 nəfər həbs edilib.

Bu barədə aprelin 22-də Fransanın daxili işlər naziri Bernar Kaznöv (Bernard Cazeneuve) məlumat verib.

Onun sözlərinə görə, aprelin 19-da yaxalanan 24 yaşlı həmin gənc, Suriyadakı yaraqlılara qoşulmaq istəyirmiş.

Nazir axtarış vaxtı onun evi və maşınından bir neçə silah, sursat, zirehli gödəkçə,komputer və telefon aparatı tapıldığını deyir.

Cazeneuve onun Parisdə ən azı 2 kilsədə partlayış, həmçinin qətl törətməkdə şübhəli bilindiyini deyir.

Amma o əlavə məlumat verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG