Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:53

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprziklə görüşüb


Zakir Həsənov və həmkarları

Zakir Həsənov və həmkarları

Azərbaycanın müdafiə naziri Zakir Həsənov aprelin 22-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprziklə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, monitorinqlərin nəticələri və münaqişənin həlli ətrafında fikir mübadiləsi aparılıb.

Zakir Həsənov Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, rəsmi Yerevanın sülh danışıqlarından boyun qaçıraraq cəbhədə vəziyyəti gərginləşdirməsi və son vaxtlar yaşayış məntəqələri, qeyri-hərbi obyektlər və dinc sakinləri minaatanlar və iriçaplı silahlardan atəşə tutmasından danışıb.

O bildirib ki, təmas xəttindəki bütün şəxsi heyətə hərəkət edən istənilən hərbi obyekti dərhal məhv etmək tapşırığı verilib.

Nazir qeyd edib ki, münaqişənin yeganə həll yolu erməni qüvvələrinin Azərbaycan ərazilərini tərk etməsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG