Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:39

Aprelin 21-də Boston partlayışlarında şübhəli bilinən Dzhokhar Tsarnaevin məhkəməsi başlayıb.

Hakimlər 21 yaşlı Tsarnaevə ölüm və ya baxılmamaq şərti ilə ömürlük həbs cəzası verilməsini müəyyən etməlidirlər.

2013-cü il aprelin 15-də Boston marafonunun sonunda törədilən 2 partlayışda 3 nəfər ölmüş, 260 nəfər isə yaralanmışdı.

Prokuror Nadine Pellegrini prosesdə bildirib ki, Tsarnaev bu iki il ərzində dəyişməyib və o bu hücumu, qətlləri əvvəlcədən planlaşdırdığına görə, onun ölümə məhkum edilməsi daha müvafiq qəraqrdır.

Müdafiə tərəfi isə Tsarnaevin böyük qardaşı Ttamerlanın güclü təsiri altında olduğunu iddia edir.

Tamerlan Tsarnaev Boston partlayışlarından sonra polislə atışmada ölüb.

Bostonda keçirilən İctimai rəy sorğuları göstərir ki, şəhər sakinlərinin əksəriyyəti onun ölümə məhkum edilməsini istəmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG