Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:36

-

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yanvar-mart aylarında 39 cinayət işinin istintaqını tamamlayıb. Həmin işlər məhkəməyə göndərilib. Onlardan 14-ü özəl sektor, 4-ü icra hakimiyyətləri, 2-si təhsil, 2-si bələdiyyə, 1-i səfərbərlik xidməti, 3-ü bank sektoru, digərləri isə sosial sahə ilə bağlı olub.

Bunu aprelin 22-də idarənin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında deyib.

Kamran Əliyev bildirib ki, 10 ildə korrupsiya cinayətləri dövlətə 200 milyon manatdan çox ziyan vurub. Deyib ki, idarə yaranandan indiyə qədər 1781 vəzifəli şəxs barəsində 1025 cinayət işi məhkəmələrə göndərilib. Onlardan 68-i rüşvət alma, 133-ü vəzifə səlahiyyətlərindən sui-istifadə, 449-u qulluq mövqeyindən istifadə edərək talama cinayətləri ilə bağlı olub. Dəymiş ziyanın dövlət büdcəsinə ödənilməsi məqsədilə 173 milyon manatlıq əmlak üzərində həbs qoyulub, 122 milyon manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG