Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:11

Əfqanıstandakı Taliban hərəkatı aprelin 24-də illik yaz hücumuna başlayacağını bəyan edib.

Aprelin 22-də İnternet portallarında yayılan məlumatda əməliyyatın

Səhər saat 5-dən başlanacağı bildirilir.

Taliban bildirir ki, əsas hədəf xarici işğalçı qüvvələr , onların daimi bazaları, oyuncaq rejimin məmurları, xüsusilə də daxili işlər və müdafiə nazirliklərinin rəsmiləri olacaq.

NATO qüvvələri ötən il Əfqanıstanı tərk etdiyinə görə,hazırda təhlükəsizliyin təmin edilməsi ilə yerli qüvvələr məşğuldur.

Təşkilatın ölkədə qalan xüsusi missiyası isə yalnız yerli qüvvələrə təlim keçməklə məşğuldur.

Missiyaya 12 min hərbçi daxildir ki, onların 9800-ü ABŞ əsgərləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG