Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:31

-

Şəmkirdə şahmat üzrə Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan «Shamkir Chess 2015» turniri davam edir.

Turnirdə iştirak edən hazırkı dünya çempionu Magnus Carlsen şəxsi aşpazını da özü ilə gətirib. Bu haqda turnirin rəsmi saytı yazır.

«Karyeramla əlaqədar tez-tez səfərdə oluram. Bəzən qonaq olduğum ölkənin yeməyinə öyrəşməkdə çətinlik çəkirəm. Buna görə aşpaz mənimlə birgə səfərlərdə olur. Komandamı və məni xüsusi yeməklə təmin edir» - M.Carlsen bildirib.

Dünya çempionu deyib ki, Şəmkirdə şahmatçılar üçün yüksək şərait olsa da, öz aşpazının yeməklərini həvəslə yeyir:

«Qidalanma çox vacibdir. İnanın, əhvalım olmayanda aşpaz özəl yeməklə məni ruhlandırır. Artıq nəyi xoşladığımı gözəl bilir. Şəmkirdə bizim üçün yüksək şərait yaradılıb. Bununla belə aşpazımın hazırladığı yeməkləri böyük həvəslə yeyirəm».

Vüqar Həşimovun xatirəsinə həsr olunan «Shamkir Chess 2015» turniri aprelin 16-da başlayıb. Aprelin 26-a qədər davam edəcək.

Turnirdə şahmat üzrə hazırkı dünya çempionu Magnus Carlsen (Norveç), keçmiş dünya çempionları Viswanathan Anand, (Hindistan) və Vladimir Kramnik (Rusiya), So Wesley (ABŞ), Vachier-Lagrave Maxime (Fransa), Michael Adams (İngiltərə), Caruana Fabiano (İtaliya), Anish Giri (Hollandiya) iştirak edir. Azərbaycanı Şəhriyar Məmmədyarovla Rauf Məmmədov təmsil edir.

Turnir «Synergy Group»un təşkilatçılığı və sponsorluğu keçirilir.

Turnirin mükafat fondu 100 min avrodur.

Günün bütün mövzuları

XS
SM
MD
LG