Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:47

«Min nəfəs, bir səs» Türkdilli Teatrların Beynəlxalq Teatr Festivalı keçirilir


Festival

Festival

-

Türkiyənin Konya şəhərində «Min nəfəs, bir səs» Türkdilli Teatrların Beynəlxalq Teatr festivalı açılıb.

Akademik Milli Dram Teatrının mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, builki festivalda teatrın direktoru İsrafil İsrafilov fəxri qonaq qismində iştirak edir.

Türkiyə Dövlət Teatrları Baş Müdirliyinin və Konya Dövlət Teatrının təşəbbüsü, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin və Konya Valiliyinin dəstəyi ilə təşkil olunan «Min nəfəs, bir səs» artıq 8 ildir ki keçirilir və böyük maraqla qarşılanır.

Dostluq və sülhü hədəfləyən festivalda hər il müxtəlif ölkələrin türk dilində tamaşa hazırlayan teatr kollektivləri iştirak edir.

Ötən il festivalda Akademik Milli Dram Teatrı «İlahi oyun» tamaşasını göstərib.

Bu il Azərbaycanı Şəki Dövlət Dram Teatrının «Xəsis» tamaşası təmsil edəcək.

Festivalın builki proqramına Türkiyə, Azərbaycan, Qazaxıstan, Dağıstan, Başqırdıstan, Türkmənistan, Şimali Kipr, Albaniya və Xakasiya teatrlarının tamaşaları daxildir.

Festival müddətində məşhur türk dramatuqu Haldun Tanerin xatirəsinə həsr olunmuş beynəlxalq pyes müsabiqəsi də keçiriləcək.

TÜKRKSOY və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçiriləcək müsabiqədə bütün türkdilli xalqların nümayəndələri iştirak edəcək.

İsrafil İsrafilov müsabiqədə münsiflər heyətinin üzvü kimi iştirak edəcək.

Teatrın direktoru səfər çərçivəsində beynəlxalq əməkdaşlıq layihələri ilə bağlı bir sıra işgüzar görüşlər də keçirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG