Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:48

-

Aprelin 21-də gecə Bakıdakı «Avropa» otelində bıçaqlanma olub. Bir nəfər ölüb, digəri yaralanıb.

Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsindən AzadlıqRadiosuna bildiriblər ki, hadisə oteldəki idman zalında olub. Burda məşq edən Azər Məmmədova ürəyindən, Ruslan Əfəndiyevə isə döş qəfəsindən bıçaq zərbəsi vurulub. A.Məmmədov aldığı xəsarətdən ölüb. R.Əfəndiyev isə xəstəxanaya aparılıb.

Polis hadisəni törədənin Bakı sakini Sənan Quliyev olduğunu müəyyənləşdirib. Onun tutulması üçün əməliyyat tədbirləri davam etdirilir.

Hadisə zamanı ölən Azər Məmmədov «Zaminbank»ın Nəsimi rayon filialının müdiri olub. Yaralanan Ruslan Əfəndiyev isə qarışıq döyüş növləri üzrə məşqçidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG