Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:21

Tsarnaev-ə ölüm cəzası, ya da ömürlük həbs istənilir


Dzhokhar Tsarnaev məhkəmədə

Dzhokhar Tsarnaev məhkəmədə

-

Boston marafonunda partlayış törətmiş Dzhokhar Tsarnaev-in məhkəməsi aprelin 21-də davam edib. Ona cəza istənilir. 21 yaşlı Tsarnaev ya ölümə məhkum ediləcək, ya da ömürlük həbs alacaq.

2013-cü il aprelin 15-də marafonda iki bomba partladılıb, 3 nəfər həlak olub, 260 nəfər yaralanıb.

Dövlət ittihamçısı Nadine Pellegrini deyib ki, hadisədən iki il keçir, ancaq Tsarnaev “narahat və ya peşman deyil, dəyişməyib”. O, ölüm cəzasının “məqsədəuyğun” olduğunu bildirib, çünki Tsarnaev “öldürməyi planlaşdırıb və həyata keçirib”.

Müdafiə tərəfi isə Tsarnaev-in radikal qardaşı Tamerlanın güclü təsiri altında hərəkət etdiyini bildirib. Tamerlan hücumdan bir neçə gün sonra polislə atışmada öldürülüb.

Bostonda keçirilən rəy sorğuları göstərir ki, sakinlərin çoxu Tsarnaev-ə ölüm cəzasına qarşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG