Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:50

-

Prezident Barack Obama deyir ki, Rusiya Tehrana S-300 yer-hava tipli sistemləri göndərsə belə, lazım gələrsə, ABŞ silahları İranın müdafiəsini yara bilər.

Obama aprelin 21-də MSNBC-yə deyib ki, Birləşmiş Ştatlar Rusiyanın İrana raket satmaq planlarına etirazını bildirməkdədir.

Ancaq onun sözlərinə görə, “hava müdafiə sistemləri əldə etsələr belə, lazım gəlsə, onlara yara bilərik”.

Rusiya prezidenti Vladimir Putin ötən həftə İrana S-300 havadan müdafiə sisteminin göndərilməsinə beş illik qadağanı götürüb. Bu addım belə bir narahatlıq yaradıb ki, dünya dövlətləri ilə nüvə danışıqlarında Tehranın mövqeyi güclənə bilər.

Birləşmiş Ştatlar diplomatiya alınmazsa, İranın nüvə silahı əldə etməsini dayandırmaq üçün mümkün hərbi addımı istisna etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG