Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:47

-

Azərbaycan pasportu ilə 61 ölkəyə giriş daha asandır və gücünə görə 57-ci yerdədir.

Arton Capital maliyyə konsaltinq şirkəti dünya ölkələrinin pasport indeksini hazırlayıb, pasportlar “güc səviyyəsinə” görə sıralanıb. Reytinqdə pasportların qlobal çevikliyi əsas götürülüb – yəni neçə ölkəyə vizasız getmək olur, yaxud vizanı ölkəyə çatan kimi almaq mümkündür.

İnkişaf etmiş ölkələr öndə gəlir. ABŞ və Böyük Britaniya pasportları birinci yeri tutub. Bu ölkələrin pasportları 147 ölkəyə çıxış təmin edir. Çin kimi ən çox əhalisi olan ölkənin pasportu 74 ölkəyə sürətli daxilolma deməkdir. Rusiya pasportunda ölkə sayı 98-dir.

Bir neçə ölkənin reytinqdə tutduğu yeri təqdim edirik. Mötərizədə həmin ölkə pasportlarının sürətli giriş təmin etdiyi ölkə sayı göstərilib.

ABŞ – 1 (147)

Böyük Britaniya – 1 (147)

Fransa – 2 (145)

Cənubi Koreya – 2 (145)

Almaniya – 2 (145)

Çexiya Respublikası – 9 (138)

Xorvatiya – 19 (124)

Rusiya – 35 (98)

Azərbaycan – 57 (61)

Gürcüstan – 59 (59)

Ermənistan – 62 (55)

İran – 70 (47)

Günün bütün mövzuları

XS
SM
MD
LG