Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:15

-

Aprelin 22-də saat 900-dan işlər başa çatanadək bəzi yerlərə təbii qazın verilişində fasilələr yaranacaq. Həmin ərazilər Xəzər rayonunun Mərdəkan, Türkan və Şüvəlan qəsəbələrinin bir hissəsi, Sabunçu rayonunun Bül-Bülə, Bilgəh, Maştağa qəsəbələrinin, eləcə də Ramanı südçülük sovxozu və Subtropik sovxozunun bir hissəsi, Binəqədi rayonunun Motodrom adlanan yaşayış massivi və Biləcəri qəsəbəsinin bir hissəsi, Nərimanov rayonunun Atatürk prospektinin bir hissəsi, Xətai rayonunun Mehmandarov, Şıxlınski, M.Rüstəmov və Telnov küçələrinin bir hissəsi, həmçinin Qaradağ rayonunun Sahil qəsəbəsinin bir hissəsidir.

“Azəriqaz” İB bildirir ki, səbəb tikinti sahəsinə düşən qaz kəmərlərinin təhlükəsiz əraziyə köçürülməklə yerinin dəyişdirilməsi və yeni çəkilmiş qaz xətlərinin mövcud mənbəyə birləşdirilməsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG