Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:41

-

Aprelin 22-də Avropa Komissiyası Rusiyanın Gazprom dövlət şirkətinə AB-də rəqabətliliyin pozduğuna görə ittihamlarını elan edəcək. Bu addım Moskvayla Qərb arasında gərginliyi daha da artıra bilər.

3 ildir Brüssel Gazprom-a qarşı 3 əsas ittihamı araşdırır: şirkət bəzi ölkələrin aldığı qazı yenidən ixrac etməsinə mane olur; qazın qiymətini neftin qiyməti ilə əlaqələndirir; rəqib təchizat mənbələrini əngəlləyir. Bəzi ölkələr Gazprom-u süni qiymət artımında ittiham etmişdilər.

Gözlənir ki, AB Gazprom-u dominant mövqedə olduğu Orta və Şərqi Avropa qaz bazarlarına rəqabətə mane olmaqda ittiham edəcək.

AB-dəki mənbələr bildirir ki, Avropa Komissiyası Rusiyanın Ukraynaya müdaxiləsinə görə onsuz da gərginləşmiş münasibətləri daha da pisləşdirməmək üçün ittihamları ertələyirdi.

Gazprom-un ittihamları cavablamağa 12 həftəsi var və məsələni AB rəsmiləri ilə həll edə bilər. Komissiya Gazprom-un ümumi satışının 10 faizi dəyərində cərimə qoya və ya biznes fəaliyyətində dəyişikliklər göstərişi verə bilər.

Rusiya AB-nin qazının üçdə birini verir, bunun yarısı da Ukraynadakı kəmərlərdən keçir.

Günün bütün mövzuları

XS
SM
MD
LG