Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:03

Yəmənə silah göndərilməsiylə bağlı ABŞ İrana xəbərdarlıq edib


USS Theodore Roosevelt (CVN 71) təyyarə daşıyan gəmi Ərəb Dənizində

USS Theodore Roosevelt (CVN 71) təyyarə daşıyan gəmi Ərəb Dənizində

-

Prezident Barack Obama deyir ki, Yəmənə regionda gəmiçiliyə təhlükə yaradacaq silah göndərilməsiylə bağlı ABŞ hökuməti İrana xəbərdarlıq edib.

“Onlarla xeyli açıq danışmışıq,” Obama aprelin 21-də MSNBC televiziyasına müsahibəsində deyib. Bu arada İran gəmilərinin Yəməndə şiə silahlılara silah çatdırması barədə məlumatlar yayılıb.

Ağ Ev bildirib ki, Amerikanın təyyarə daşıyan gəmisi Yəmən sahillərinə yaxınlaşır, məqsəd “Ədən Körfəzi və Qırmızı dənizdə gəmilərin hərəkət azadlığının və azad ticarətin saxlanmasıdır”.

Səudiyyə koalisiyası isə Yəməndə şiə silahlıların bombalanmasının dayandırıldığını elan edib. Koalisiya hərbi məqsədinə çatdığını bildirir. İran hava zərbələrinin dayandırılmasını alqışlayıb, bunu irəliyə addım adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG