Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:26

Zərdüşt Əlizadənin şikayəti qismən təmin edildi


Zərdüşt Əlizadə 5000 yox, 1000 yeni manat cərimələndi
Zərdüşt Əlizadə 5000 yox, 1000 yeni manat cərimələndi
Noyabrın 3-də Apellyasiya Məhkəməsində hakim Bəhram Şükürovun sədrliyi ilə keçirilən prosesdə politoloq Zərdüşt Əlizadənin şikayəti qismən təmin edilib. Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qətnaməsinin cənab Əlizadəyə aid hissəsinin qismən dəyişdirilməsinə, politoloqun 5000 yox, 1000 yeni manat cərimələnməsinə qərar verib.

«Azadlıq» qəzetinin 29 iyun 2006-cı il tarixli sayında Təhminə adlı jurnalistin imzası ilə dərc olunan «Mirzə Sakitə çox çirkin oyunlar qurulub» sərlövhəli yazıda təhqirlərə yol verildiyini bildirən Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov Səbayel Rayon Məhkəməsində Zərdüşt Əlizadə və «Azadlıq» qəzetinə qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsinə dair iddia qaldırmışdı. Səbail Rayon Məhkəməsi 9 avqust 2006-cı il tarixdə «Azadlıq» qəzetinin və Zərdüşt Əlizadənin hər birindən 5.000 yeni manat tutularaq «Ümid Yeri» Xeyriyyə Cəmiyyətinin hesabına köçürülməsilə bağlı qətnamə çıxarmışdı.


Cavabdeh Zərdüşt Əlizadə qətnamə ilə razılaşmayaraq, apellyasiya şikayəti vermiş, Səbail Rayon Məhkəməsinin çıxardığı qətnamənin ləğv və iddianın tamamilə rədd edilməsini, habelə cavabdehin məhkəmə işi ilə bağlı bütün xərclərinin, o cümlədən, hüquq xidmətləri üçün çəkdiyi xərclərin iddiaçıdan alınıb cavabdehə ödənilməsi barədə qərar verilməsini xahiş etmişdi.


Zərdüşt Əlizadəni müdafiə edən Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı qərardan narazı qaldıqlarını və Apellyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti vekrəcəklərini bildirib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG