Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:56

Səudiyyə koalisiyası Yəmənin bombardmanını dayandırdı


Koalisiyanın sözçüsü bildirib ki, Yəməndə aparılan hərbi əməliyyat qarşısında duran vəzifəni yerinə yetirib.

Səudiyyənin aı-Arabiyya telekanalının verdiyi xəbərə görə Yəməndə şiəməzhəb husi qiyamçılarının mövqelərini havadan raket atəşinə tutan ərəb koalisiyası hərbi əməliiyatı dayandırdığını bildirib.

Koalisiyanın sözçüsü bildirib ki, Yəməndə aparılan hərbi əməliyyat qarşısında duran vəzifəni yerinə yetirib.

Xəbər verilir ki, “Qətiyyət qasırğası” əməliyyatının əvəzinə indi “Ümidin bərpası” adlı əməliyyata başlanacaq.

Bu əməliyyatdan məqsəd Yəməndə antiterror tədbirlərinin həyata keçirilməsi və asayişin bərpa olunmasıdır.

Husi qiyamçılarını dəstəklədiyi söylənən İran Səudiyyənin hava reydlərinə etirazını bildirmişdi.

XS
SM
MD
LG