Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:27

Müdafiə Nazirliyi 5 erməni əsgərin öldürüldüyünü bildirir


Arxiv fotosu: Qarabağda Azərbaycan ordusu ilə üzbəüz səngərdə erməni əsgəri. 25 oktyabr 2012
Arxiv fotosu: Qarabağda Azərbaycan ordusu ilə üzbəüz səngərdə erməni əsgəri. 25 oktyabr 2012

.

Azərbaycanın Müdafiə Nazirliyindən yayılan məlumata görə aprelin 21-də Tərtər rayonu istiqamətində erməni hərbi birləşmələri ilə toqquşma baş verib.

Nazirlik atışmada erməni hərbçilərindən 5 nəfərinin öldürüldyünü, 10 nəfərinin isə yaralandığını bildirir.

Rəsmi məlumatda Azərbaycan ordusu itki vermədiyi qeyd edilir.

Ermənistan tərəfi isə Azərbaycan ordusunun cəbhə xəttində növbəti dəfə təxribat törətməsi, amma bunun qarşısının alınması barədə məlumat yayıb.

AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə Ermənistanın Müdafiə Nazirliyi qarşıdurmada heç bir itki vermədiyini bildirib.

1990-cı illərin əvvəllərində baş verən hərbi qarşıdurma nəticəsində Ermənistan Azərbaycanın dağlıq Qarabağ regionu və onun ətrafında 7 rayonu işğal edib. Tərəflər 1994-cü ildə atəşkəs razılaşması imzalasalar da hələlik yekun sülh razılaşması əldə edilməyib. Azərbaycan israrla erməni ordusunun öz ərazilərindən çıxarılmasını tələb edir.

Son vaxtlar tərəflər tez-tez bir-birini atəşkəsi pomzaqda ittiham edir.

XS
SM
MD
LG