Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:18

Xədicə İsmayıl məhkəmədə şüşə arxasında saxlandı


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Aprelin 21-də həbsdəki Xədicə İsmayılın apellyasiya məhkəməsinə jurnalistin özü də gətirilib, ancaq o, şüşə arxasında saxlanıb.

Binəqədi rayon Məhkəməsinin bu il fevralın 23-də çıxardığı hökmlə X.İsmayıl AR CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinib və 2 min 500 manat cərimə edilib. Aprelin 21-də bu qərardan apellyasiya şikayətinə baxılıb.

Məhkəmədə ittiham tərəfi - Elman Türkoğlu iştirak etməyib. Vəkillər Yalçın İmanovFariz Namazlı vəsatət qaldırıb ki, Türkoğlunun iştirakı təmin olunsun. Xədicə İsmayıl da bu vəsatəti müdafiə edib. Müdafiə tərəfinin söylədiyinə görə, qaldırılacaq vəsatətlərlə bağlı Elman Türkoğlunun məhkəmədə iştirakı vacibdir.

Vəkillər məsləhətləşə bilmələri üçün Xədicə İsmayılın onların yanında oturmasına icazə istəyiblər. Hakim deyib: «İcazə verirəm, amma konvoy icazə verirmi?» Vəkillər bunu təəccüblə qarşılayıblar: «Siz necə hakimsiniz, konvoydan icazə alırsınız?».

Hakim konvoyun rəisinə müraciət etsə də, o, rədd cavabı verib. Beləliklə, Xədicə İsmayıl şüşə arxasından çıxarılmayıb.

5 dəqiqəlik fasilə elan olunub.

Vəkillər Xədicə İsmayılla məsləhətləşmədən sonra bildiriblər ki, Elman Türkoğlunun prosesdə iştirakı təmin edilməlidir və o, gələnədək proses təxirə salınmalıdır.

Hakim prosesi aprelin 28-dək təxirə salıb. O bildirib ki, Elman Türkoğlunun prosesdə iştirakı məcburi deyil, ancaq ona bu barədə məlumat veriləcək.

Elman Türkoğlu Xədicə İsmayılı onun haqqında iki sənəd yaymaqda günahlandırır. Bu sənədlərin birində Elman Türkoğlunun gizli videogörüntülərlə şantaj olunaraq MTN-lə əməkdaşlığa cəlb edildiyi, digərində isə 1992-ci ildə zorlama cinayəti törətdiyi iddia olunur. Xədicə İsmayıl ikinci sənədi yaymadığını, birinci sənədi isə Elman Türkoğlunun adını və onun şəxsiyyətini müəyyənləşdirə biləcək məlumatları sildikdən sonra yaydığını bildirib.

Xədicə İsmayıl ötən il dekabrın 5-də başqasını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib.

Fevralın 13-də isə ona qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb.

Xədicə İsmayıl həbsinin jurnalistlik fəaliyyəti ilə bağlı olduğunu deyir.

AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicə İsmayılın həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

«Amnesty International» jurnalisti «vicdan məhbusu» elan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG