Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:36

Sibirdə baş verən yanğınlarda ölənlərin sayı 34 nəfərə çatıb


Foto arxiv

Foto arxiv

Sibirdə baş verən yanğınlarda ölənlərin sayı 34 nəfərə çatıb,7500-dən çox adama isə xəsarət dəyib.

Bu barədə Rusiyanın fövqəladə hallar naziriVladimir Puçkov Xakasidə prezident Vladimir Putinlə iclasda məlumat verib.

Putin bundan əvvəl Abakanda salınmış müvəqqəti düşərgələrə baş çəkib.

O hökumətin yanğından ziyan dəyənlərə ilkin olaraq 680 milyon rubl yardım ayırdığını bildirib.

Prezident teliklə yanğınların vurduğu ziyanın hesablanması və əhaliyə kompensasiya verilməsinə başlanmasını tələb edib.

“Bumaqa” internet portalının məlumatına görə isə Fövqəladə Hallar Nazirliyi əhaliyə hümanitar yardım aparmaq istəyən “Vesna” hərəkatının fəallarına nəqliyyat verməkdən imtina edib.

Portalın məlumatına görə, bütün maşınlar Donbasa göndərilib.

“Vesna” hərəkatı Xakasi sakinlərinə çatdırmaq üçün 230 kiloqrama yaxın ərzaqq, 10 kq dərman ləvazimatları, 1500 geyim və bir o qədər də kənd təsərrüfatı məhsulları toplayıblar.

Yerli sakinlər yardımların böyük hissəsinin onlara gəlib çatmamasından şikayətləndiklərinə görə, fəallar yardımları özləri paylamaq istəyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG