Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:38

Uşaq evlərini tərk edənlər üçün yataqxanalar tikiləcək


36 ümumtəhsil, 12-i xüsusi yönümlü internat var

36 ümumtəhsil, 12-i xüsusi yönümlü internat var

Azərbaycan hökuməti uşaq evlərində yaşayan, 18 yaşına çatdıqdan sonra isə oranı tərk etməli olan gənclər üçün yataqxana və ya müvəqqəti evlər tikmək niyyətindədir. Qadın, Uşaq və Ailə Komitəsinin sədri Hicran Hüseynova bildirir ki, bu problemi həll etmək üçün bəzi ölkələrin təcrübəsini öyrənərək belə qərara gəliblər ki, iş və mənzil tapanadək həmin gənclər müvəqqəti yataqxanalarda yerləşdirilsinlər. Komitə sədri noyabrın 3-də keçirdiyi mətbuat konfransında onu da əlavə etdi ki, hələlik həmin layihənin nə zaman reallaşacağı bəlli deyil.

Azərbaycanda valideyn himayəsindən məhrum olan, uşaq internatlarında böyüyənlər 18 yaşına çatdıqdan sonra oranı tərk etmək məcburiyyətindədirlər. Qeyri-hökumət təşkilatlarının hesabatlarında həmin gənclərin oğurluğa, fahişəliyə cəlb olunması və ya insan alverinin qurbanı olması haqda məlumatlar səslənir. Bu üzdən də bəzən onların internatda yaşamasına icazə verilir.


Təhsil Nazirliyindən verilən məlumata görə, qurumun nəzdində 36 ümumtəhsil, 12-i xüsusi yönümlü internat var. Nazirlikdən hər il həmin internatları nə qədər gəncin tərk etməsi haqqında məlumat vermədilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG