Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:04

“ABŞ ordusunun Ukraynada iştirakı onun ölkəsinin Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə dəstək olmasından xəbər verir”.

Bunu amerikalı mayor Michael Weisman aprelin 20-də Ukrayna prezidenti Petro Poroshenko ilə Lvov ətrafında keçirdiyi birgə brifinqdə deyib.

O qeyd edib ki, ABŞ ordusunun Ukraynada iştirakı lazımdır və bu Ukrayna hökumətinin istəyi, sorğusu ilə edilib.

Poroshenko isə bildirib ki, Ukrayna ordusu xarici təhlükələrin qarşısını almaq üçün yenidən qurulmalıdır və buna görə də biz ABŞ-la hərbi əməkdaşllğı bütün mümkün vasitələrlə kenişləndirməliyik.

ABŞ və Ukrayna qüvvələri Ukraynanın qərbində birgə hərbi təlim,məşqlərə başlayıblar.

Məqsəd Ukraynanın şərqində rusiyapərəst separatçılarla mübarizə aparan Ukrayna ordusunu gücləndirmək, təkmilləşdirməkdir.

ABŞ ordusu Ukrayna hərbçilərinə təlim keçmək üçün ötən həftə Ukraynanın qərbinə 300 desant göndərib.

Hərbi təlimlər hazırda döyüş zonası olan Donetsk və Luqansk vilayətlərinin min kilometrliyində keçirilir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Kiyevlə Qərb Rusiyanı separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG