Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:13

Erdoğan Çanaqqala savaşının tanıtım filmində şeir oxudu [Video]


Filmdən kadr
Filmdən kadr

-

Çanaqqala savaşının 100 illiyi münasibətilə hazırlanan tanıtım filmində prezident Recep Tayyib Erdoğan-ın oxuduğu bir şeir də yer alıb.

Habertürk-ün yaydığı xəbərə görə, «Dua» adlanan şeirin müəllifi milliyyətçi şair, bayraq şairi kimi tanınan Arif Nihat Asya-dır (1904-1975).

Film Çanaqqala şəhidliyinin görüntüləriylə başlayır və Türkiyənin müxtəlif bölgələrindən olan şəhid mehmetçiklərin cəbhədən söylədikləri «Emr et komutanım!» nidasıyla davam edir.

Türk bayrağı və Mustafa Kamal Paşa-nın portreti fonunda eşidilən bu səslər filmə dramatiklik gətirir.

Daha sonra prezident cəbhə görüntüləri içində «Dua» şeirini oxumağa başlayır:

Biz, kısık sesleriz... minareleri,
Sen, ezansız bırakma Allahım!
Ya çağır şurda bal yapanlarını,
Ya kovansız bırakma Allahım!

Mahyasızdır minareler... göğü de,
Kehkeşansız bırakma Allahım!
Müslümanlıkla yoğrulan yurdu,
Müslümansız bırakma Allahım!

Bize güç ver...cihad meydanını,
Pehlivansız bırakma Allahım!
Kahraman bekleyen yığınlarını,
Kahramansız bırakma Allah'ım!

Bilelim hasma karşı koymasını,
Bizi cansız bırakma Allah'ım!
Yarının yollarında yılları da,
Ramazansız bırakma Allah'ım!

Ya dağıt kimsesiz kalan sürünü,
Ya çobansız bırakma Allah'ım!
Bizi sen sevgisiz, susuz,havasız;
Ve vatansız bırakma Allah'ım!

Müslümanlıkla yoğrulan yurdu,
Müslümansız bırakma Allah'ım!

Tanıtım filmi «Yüzyıllık destan. Çanakkale Zaferi'nin 100. yılında şehit ve gazilerimizi rahmet ve minnetle anıyoruz» ifadələri ilə başa çatır.

Türkiyə mediasının yazdığına görə, tanıtım filmi baxış rekordları qırır.

XS
SM
MD
LG