Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:06

Rusiyadakı meşə yanğınlarının tüstüsü ABŞ və Kanadaya çatıb


Foto arxiv

Foto arxiv

Rusiyanın Zabaykal regionundakı meşə yanğınlarının tüstüsü ABŞ-ın qərb sahillərinə çatıb, sonra isə Nevada, Aydaho və Kanadanın mərkəzi ərazilərinə doğru hərəkət edib.

Peykdən çəkilən fotolar Alyaska, Kaliforniya, Oreqon və Vaşinqton ştatlarına nazik tüstü qatı çökdüyünü göstərir.

Bu fotolar ABŞ-ın metroloji xidmətinin weather.com saytında yerləşdirilib.

Tüstü aprelin 17-də Vaşinqton ştatına çatıbvə havanı narıncı, çəhrayı və qırmızı rəngə boyayıb.

Amerikalı mütəxəssislər tüstünün Çində baş verən qasırğanın qaldırdığı toza qarşımasını istisna eləmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG