Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:37

-

Azərbaycan prezidenti İlham Əliyev Moskvada keçiriləcək İkinci Dünya müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş hərbi paradda və bayram tədbirlərində iştirak edəcək.

Bu barədə apa-ya prezidentin mətbuat katibi Azər Qasımov bildirib.

Onun dediyinə görə, İlham Əliyev bu tədbirlərdə iştirakla bağlı hələ bir neçə ay öncə Rusiya prezidenti Vladimir Putin-dən dəvət alıb. «Həmin vaxt Rusiya tərəfinə rəsmi olaraq bildirilib ki, prezident İlham Əliyev mayın 9-da keçiriləcək hərbi paradda və bayram tədbirlərində iştirak edəcək», - A.Qasımov qeyd edib.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ və bir sıra Avropa dövlətləri Qələbənin 70 illiyi ilə bağlı hərbi parada və bayram tədbirlərinə qatılmaqdan imtina ediblər.

Hətta sabiq ABŞ diplomatları təklif ediblər ki, bu yubiley zamanı Avropa liderləri Kiyevdə toplaşa bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG