Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:19

İran nüvə sazişinin Bakı üçün «əmma»sı


İlham Əliyev və Hassan Rohani Tehranda - 2014

İlham Əliyev və Hassan Rohani Tehranda - 2014

-

«İranın nüvə proqramının monitorinqi üzrə saziş icra olunanadək çox şey baş verə bilər. Ancaq bu saziş Azərbaycanı diplomatik baxımdan çətin duruma salır». Bunu eurasianet.org saytında Avropa Parlamentində Sosialistlər və Demokratlar qrupunun siyasi müşaviri Eldar Məmmədov yazır.

İran altı dövlətlə aprelin 2-də ilkin razılaşma əldə edib, yekun saziş iyunadək əldə olunmalıdır. Müəllif yazır ki, nüvə sazişinin, Qərblə İranın mümkün yaxınlaşmasının Bakı üçün üstünlükləri və çatışmazlıqları var.

Müsbət tərəfi odur ki, nüvə sazişi silahlı münaqişə riskini dramatik şəkildə azaldır. Çünki istənilən münaqişə Bakının enerji infrastrukturunu İranın zərbəsi altında qoya bilər. Eləcə də İrana sanksiyalar qaldırılarsa, azərbaycanlı sahibkarlar üçün yeni ticarət və turizm imkanları yaranar.

Ancaq Qərblə İranın yaxınlaşması İlham Əliyev administrasiyasını diplomatik komfort zonasından çıxarmış olar. İndiyədək azərbaycanlı diplomatlar və lobbistlər Azərbaycanın qərbyönlü olmasını önə çəkir, İrana qarşı əhəmiyyətindən bəhs edirdilər.

Müəllif Mədən Sənayesində Şəffaflıq Təşkilatının (EITI) Azərbaycanın statusunu salmasına diqqət çəkir və yazır ki, bu, Qərbin Bakıya dair səbrinin tükəndiyini göstərir.

«Qərblə İran yaxınlaşsa, Bakı Qərbin insan haqları tənqidlərindən yaxa qurtara bilməyəcək. Qərb daha Bakının Tehranla siyasi islamın nüfuzuna dair mübahisələrdə tərəfini saxlamaya bilər». Müəllif yazır ki, İranla dünya gücləri arasında saziş uzun müddətli perspektivdə Azərbaycanın xeyrinədir, ancaq bunu Əliyev administrasiyası barədə demək olmaz.

Mohammad Javad Zarif

Mohammad Javad Zarif

MOHAMMAD JAVAD ZARIF: İRANDAN MESAJ

«The New York Times» qəzeti İranın xarici işlər naziri Mohammad Javad Zarif-in məqaləsini dərc edib. Müəllif bu ay İsveçrədə mühüm irəliləyiş əldə olunduğunu, çərçivə sazişi imzalandığını vurğulayır.

«Ancaq gözlənən nüvə sazişini möhürləmək üçün daha çox siyasi iradə gərəkir. İran xalqı prosesə ləyaqətlə qatılmaqda qərarlıdır. Birləşmiş Ştatlar və Qərb müttəfiqləri əməkdaşlıq və qarşıdurma, danışıqlar və publikaya işləmək, razılaşma və məcbur etmə arasında seçim etməlidir», - Zarif yazır.

Zarif qeyd edir ki, İranın qonşuları ilə yaxşı münasibətləri əsas prioritetdir. Nüvə məsələsi inamsızlıq və münaqişənin səbəbi deyil, simptomu olub. Simptomun əngəllənməsi üzrə son irəliləyişləri nəzərə alsaq, İran və digər tərəflər Fars körfəzində gərginliyin səbəbləri ilə məşğul olmağa başlamalıdırlar.

Terrorla mübarizəyə gəlincə, İranın xarici işlər naziri yazır ki, «əl-Qaidə» və onun «İslam Dövləti» kimi ideoloji törəmələrinə qarşı durmaq mümkün deyil. Belə ki, eyni zamanda onların Yəmən və Suriyada artımına şərait yaradılır. İran regiondakı faciələrin həlli üçün Yəməndən başlamağı münasib sayır. İranın təklif etdiyi plan atəşkəs elan olunmasını, humanitar yardımı və Yəmən daxilində dialoqun asanlaşdırılmasını, inklüziv, geniş əsaslı birlik hökumətinin formalaşdırılmasını nəzərdə tutur.

Angela Merkel

Angela Merkel

ALMANİYA DA «SOYQIRIMI» DEYİR

«Reuters» agentliyi yazır ki, Almaniya hökuməti də Avropa Parlamentinin (AP) «erməni soyqırımı» qətnaməsinə tərəfdar olduğunu bildirib. İndiyədək alman hökuməti «soyqırımı» terminini işlətmirdi. Təhlilçilərin fikrincə, Almaniya Türkiyəni və 3.5 milyonluq türk əsilli vətəndaşını narazı salmaq istəmirdi. Ancaq Merkel-in koalisiya hökumətinə parlament deputatları tərəfindən təzyiq olunurdu.

Kansler Merkel-in sözçüsü deyib ki, hökumət bu sənədi dəstəkləyəcək.

AP-nin qətnaməsində 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərin öldürülməsi «soyqırımı» adlandırılıb. Türkiyə o zaman baş verənlərin ermənilərin kökünün kütləvi kəsilməsi məqsədi daşımadığını bildirir.

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier isə bazar günü ARD TV-yə müsahibəsində «soyqırımı» sözünü işlətməkdən imtina edib, deyib ki, «məsuliyyəti bircə sözə sığışdırmaq mümkün deyil».

Türkiyə baş naziri Ahmet Davutoğlu-nun bildirdiyinə görə, aprelin 24-də İstanbuldakı erməni Patriarxlığında Osmanlı ermənilərinin anım mərasimi keçiriləcək. O, bunu Türkiyənin «tarixi və bəşəri borcu» adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG