Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:16

Bakıda Qara Qarayev festivalı başlayıb


Qara Qarayev VI Müasir Musiqi Festivalı - 20 aprel 2015

Qara Qarayev VI Müasir Musiqi Festivalı - 20 aprel 2015

-

Aprelin 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev VI Müasir Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda müasir musiqi sənətinin canlı klassikləri sayılan bəstəkar və ifaçılar, dirijor və solistlər, yerli və xarici musiqi kollektivləri iştirak edir.

Bəstəkarın oğlu P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev də festivala qatılıb.

Qara Qarayev VI Müasir Musiqi Festivalı çərçivəsində sənətsevərlər 5 gün ərzində dünyanın, o cümlədən Azərbaycanın böyük bəstəkarlarının əsərlərini dinləyəcəklər.

Musiqi gecəsi Qara Qarayevin dünyaca məşhur «İldırımlı yollarla» baletindən «İntroduksiya»nın səslənməsi ilə başlayıb

Açılış mərasimində «Kədərli axşam» adlı konsert proqramı təqdim olunub.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Rauf Abdullayev) müşayiəti ilə Viktor Lütoslavski, Kaya Saariaxo, Edison Denisov, Fridrix Tserxa, Vladislav Soyfer, Alban Berq kimi bəstəkarların əsərlərindən parçalar səsləndirilib.

Yekaterina Kiçigina, Fəridə Məmmədova, Andrey Kaplanov, Nadiya Zelyankova, Sergey Malinininin ifasında səslənən əsərlər alqışlarla qarşılanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG