Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:41

İranda ABŞ jurnalistinə ittihamlar açıqlandı


Jason Rezaian arvadı Yeganeh Salehi ilə (arxiv fotosu)

Jason Rezaian arvadı Yeganeh Salehi ilə (arxiv fotosu)

-

ABŞ “The Washington Post” qəzetinin Tehran bürosunun rəhbəri Jason Rezaian- a ittihamlar bəlli olub. Jurnalist casusluq, “düşmən ölkələrlə əməkdaşlıqda” ittiham olunur.

İttihamlar barədə vəkili Leyla Ahsan məlumat verib.

Rezaian həmçinin məxfi informasiya toplamaqda və İran İslam Respublikası əleyhinə təbliğat aparmaqda təqsirli bilinir.

Ahsan aprelin 20-də Frans Pres agentliyinə deyib ki, Rezaian-a qarşı ittihamların “əsaslandırılmış sübutu” yoxdur.

Ahsan aprelin 20-də Rezaian-la 90 dəqiqəlik görüş keçirib. Jurnalist ötən ilin iyulunda arvadı Yeganeh Salehi ilə birlikdə saxlanıb. O vaxtdan birinci dəfədir vəkillə görüşünə icazə verilib.

Salehi oktyabrda zaminə buraxılıb. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

İkili vətəndaşlığı olan Rezaian İranın Evin həbsxanasında saxlanır.

Ağ Evin sözçüsü Josh Earnest deyib ki, Rezaian-ın casusluqda ittiham olunması barədə məlumatlar doğrudursa, bu “absurd”dur və ittihamlar “dərhal ləğv olunmalıdır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG