Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:34

Elmar Məmmədyarov Azərbaycanın Aİ ilə əməkdaşlığından danışır


Elmar Məmmədyarov

Elmar Məmmədyarov

-

“Ermənistan-Azərbaycan münaqişəsi Şərq Tərəfdaşlığının çoxtərəfli çərçivəsindən tam istifadə üçün maneə olaraq qalmaqdadır və Avropa İttifaqının qonşuluğunda ciddi təhlükə olmaqda davam edir”. Xarici işlər naziri Elmar Məmmədyarov aprelin 20-də “Şərq tərəfdaşlığı”nda iştirak edən ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə belə deyib.

Nazir bildirib ki, artıq regiondakı bütün münaqişələrin həllinə münasibətdə yekdil mövqe və həmrəylik nümayiş etdirməyin vaxtı çatıb.

“Biz bununla əlaqədar olaraq Aİ-nin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığına ardıcıl öhdəliyi ilə regiondakı təhlükəsizlik çağırışlarına qəti cavab nümayiş etdirməsini və BMT Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi qətnamələrinin çox tezliklə yerinə yetirilməsinə israrla çağırırıq” deyə Elmar Məmmədyarov vurğulayıb.

Nazir Azərbaycan-Aİ münasibətlərinə də toxunub. O ikitərəfli münasibətlərin son zamanlar “əhəmiyyətli dərəcədə inkişaf etdiyini” söyləyib.

Elmar Məmmədyarov deyib ki, Avropa İttifaqıyla əməkdaşlıq çərçivəsində iqtisadi inkişaf, enerji, internet bağlılığı (nəqliyyat, İKT, ümumi aviasiya məkanı), miqrasiya və mobilliyi təşviq etmək Azərbaycanın marağındadır.

O, çıxışını “Azərbaycan strateji tərəfdaşlıq ruhunda Aİ-Azərbaycan əməkdaşlığında maraqlı olduğunu bir daha vurğulayır” sözləriylə bitirib.

XS
SM
MD
LG