Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:21

ABŞ Ukraynaya 18 milyon dollarlıq yardım göndərəcək


Petro Poroshenko birgə təlimdə hərbçilərlə birlikdə nahar edir

Petro Poroshenko birgə təlimdə hərbçilərlə birlikdə nahar edir

-

Birləşmiş Ştatlar Ukraynaya 18 milyon dollara yaxın yardım göndərəcək.

Ağ Ev bildirib ki, vitse- prezident Joe Biden aprelin 20-də Ukrayna prezidenti Petro Poroshenko ilə telefon söhbətində bu barədə danışıb.

Məlumata görə, 17.7 milyon dollar münaqişədən ziyan çəkmiş bölgələrdə sığınacaq, ərzaq vauçerləri, su, səhiyyə, sanitariyaya xərclənəcək.

Biden ATƏT-in daimi atəşkəsə yönəlik cəhdlərini alqışlayıb. O, Rusiyanı əvvəlki sazişlərə əməl etməyə, Rusiya-Ukrayna sərhədi boyunca əsgərlərin yerdəyişməsini dayandırmağa çağırıb.

Bu arada ABŞ və Ukrayna hərbçilərinin birgə təlimləri başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG