Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:51

Həbsdə olan ukraynalı pilotun anası qlobal kampaniyaya başlayır


Nadia Savchenko aprelin 17-də məhkəmədən çıxarkən

Nadia Savchenko aprelin 17-də məhkəmədən çıxarkən

-

Rusiyada həbs olunmuş ukraynalı pilotun anası deyir ki, qızının azadlığa buraxılması üçün qlobal kampaniyaya başlayır.

Nadia Savchenko ötən ilin iyunundan Rusiyada saxlanır. O, Ukraynanın şərqində, münaqişə bölgəsində iki rusiyalı jurnalistin qətlinə yardım etməkdə ittiham olunur.

Nadia ittihamları rədd edir, saxlanmasına etiraz olaraq 83 gün aclıq aksiyası keçirib. Anası Maria Savchenko aprelin 20-də AP agentliyinə deyib ki, qızı siyasi məhbusdur.

Onun sözlərinə görə, rusiyalı müstəntiqlər qızının həmin jurnalistlərə atəş açılmasına bələdçilik etməsinə “heç bir sübut” göstərməyib.

Savchenko kampaniyaya Almaniyadan başlayıb, deputatlardan kömək istəyib.

İkinci addım kimi Nyu Yorkda BMT baş katibinin insan haqları üzrə köməkçisi Ivan Simonovic-lə görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG