Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:35

BMT: İran hələlik keçid razılaşmasına əməl edir


Natanz nüvə zavodu.
Natanz nüvə zavodu.

Bu barədə məlumatı Reuters agentliyinə BMT-nin nüvə energetikasına nəzarət agentliyi verib.

İran dünyanın 6 gücü ilə əldə etdiyi saziş üzrə öhdəliklərinin şərtlətinə əməl etməkdə davam edir.

Bu barədə məlumatı Reuters agentliyinə BMT-nin nüvə energetikasına nəzarət agentliyi verib.

Beynəlxalq Atom Energetikası Agentliyinin aylıq hesabatında deyilir ki, İran keçid razılaşmaya uyğun olaraq uranı 5 faizdən artıq zənginləşdirmir.

Bu da əlavə edilir ki, İran nüvə proqramı üzrə, məsələn, zənginləşdirmə və ağır su texnologiyaları istiqamətindəfəaliyyətini də məhdudlaşdırıb.

İranın 2013-cü ildə ABŞ, Fransa, Britaniya, Rusiya, Çin və Almaniya ilə bağladığı keçid sazişə görə, Tehran nüvə proqramının ən həssas sahələrindəki fəaliyyətini yavaşıdıb. Bunun müqabilində ona qarşı bir sıra sanksiyaların yüngülləşdirilməsi prosesi davam etdirilir.

Bu ayın əvvəllərində İranla nüvə proqramı haqqında yekun sazişinin çərçivəsinə dair əldə edilmiş anlaşma Tehran üzərindən sanksiyalrın qaldırılmasına yol açacaq.

Danışıqların bu həftə Vyanda davam etdirməsi planlaşdırılıb.

Yekun saziş iyun ayınadək imzalanmalıdır.

Vyana danışıqlarında ABŞ-ı dövlət katibin müavini Wendy Sherman, İranı xarici işlər nazirinin müavini Abbas Araqchi, Avropanı isə siyasi ditrektor Helga Schmid təmsil edəcəklər.

XS
SM
MD
LG