Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:44

Avropa “Gazprom”u “müştəriləri aldatdığına görə” cəzalandıracaq


Anti-inhisar agentliklərindən alınan məlumatlarda bildirilir ki, Moskva bazardakı hegemon mövqeyindən sui-istifadə edərək müştəriləri qiymətdə aldadıb.

Avropa İttifaqı “Gazprom”a qarşı hüquqi hücum hazırlayır. Anti-inhisar agentliklərindən alınan məlumatlarda bildirilir ki, Moskva bazardakı hegemon mövqeyindən sui-istifadə edərək müştəriləri qiymətdə aldadıb.

Avropa İttifaqının ədalətli rəqabət komissarı Margrethe Vestager şirkətə qarşı hüquqi sənədin üzərində işləyir.

“Gazprom”a qarşı sözü gedən məsələ üzrə təhqiqat artıq iki ildir ki, davam edirdi.

Bundan bir həftə əvvəl xanım Vestager Aİ inhisar qaydalarını pozduğuna görə ABŞ-ın internet nəhəngi Google-a qarşı rəsmi ittiham irəli sürüb.

Təhlilçilər bildirirlər ki, xanım Vestager belə görünür, böyük korporasiyaları lərzəyə gətirmək yolu tutub.

Xəbərlərdə deyilir ki, Vestager, çox güman “iradlar siyahısı” adlanan ittiham vərəqini “Gazprom”a ABŞ səfərindən qayıtdıqdan sonra təqdim eəcək.

“Gazprom” və Avropa Komissiyası bu xəbərin şərhindən imtina ediblər.

Rusiya şirkətinə yaxın mənbə Reuters agentliyinə bildirib ki, Moskva qiymət məsələsində həmişə “dostcasına razılaşmağa” üstünlük verib, lakin indi bu ittihamnaməni çox da yaxşı qarşılamayacaq.

“Gazprom” hələ ötən il bu məsələ barədə Vestager-in xələfi ilə dil tapmağa çalışsa da, uğur əldə edə bilməmişdi.

Bundan əlavə Ukrayna böhranına görə Rusiyaya olan ümumi münasibət də mənfiyə doğru dəyişib.

Vestager-in Vaşinqtonda etdiyi çıxışından belə görünür ki, onun siyasəti “dil tapmağa” deyil, “cərimələməyə” hesablanıb.

XS
SM
MD
LG