Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:59

-

Bakının Binəqədi qəsəbəsindəki Cəfər Cabbarlı küçəsinin sakinləri AzadlıqRadiosunun "Qaynar xətt"inə yolların bərbad olmasından şikayət edirlər

Sakinlərin sözlərinə görə, küçə uzun zamandır ki, bərbad haldadır. Onlar bu zamana kimi dəfələrlə şikayət etsələr də, vəziyyətin dəyişmədiyini deyirlər.

Küçə sakinlərinin dediklərinə görə, bir neçə ay öncə bir küçəyə asfalt çəkilib və hətta həmin küçədəki evlərin qapıları, divarları rənglənib:

"Elə düşünməyin ki, nə isə bir iş görürlər, yox... Yaxınlıqdakı məktəbin açılışına prezident gəlməli idi. Buna görə də həmin küçəyə yeni asfalt çəkdilər. Qapıları rənglədilər. Amma onu da tam etmədilər. Ancaq görünən hissəni abadlaşdırdılar. Geridə qalan hissə olduğu kimi qaldı. Diqqətlə baxırdılar. Hansı hissə görünürdüsə, oraya asfalt çəkdilər. Rənglədilər, təmizlədilər. Qalan hissələrə isə toxunmadılar. Dedik ki, "Bəs digər hissələri niyə təmir etmirsiniz?" Cavab belə oldu, "Həmin hissələr görünmür".

"Balaca bir küçədir. Buraya asfalt çəkməyə nə var, axı..? Qonşumuzun maşını onsuz da köhnədir. Bu dərə onu lap dağıdıb. Bizim pulumuz yoxdur. Olsaydı, özümüz pul yığıb, asfalt çəkdirərdik. Bu da onları bəlkə utandırardı. Amma imkanımız yoxdur. Bizim küçəmizin təmir edilməsi üçün gərək buradan prezident keçsin? Nə qədər yalandan bəzək-düzək etmək olar? Heç olmasa, bu yola bir yamaq vursunlar. Buna da razıyıq".

Sakinlər deyirlər ki, bu, hələ küçənin yaxşı vəziyyətidir: "İki gün qabaq bir az yağış yağdı. Gördüyünüz vəziyyət budur. Qışda, yağışın bol yağan vaxtlarında küçənin bütün suyu həyətə axır. Vedrələrlə su daşıyanlar olur. Çünki kanalizasiya xətləri işləmir. Suyun axıb, gedəcəyi yer yoxdur. Adama pis təsir edən bilirsiniz nədir? Küçənin digər tərəfi tam asfaltdır, bizim isə tərəf bərbad haldadır. Biz adam deyilik? Aidiyyatı qurumlardan xahiş edirik ki, buraya bir əncam çəksinlər".

Binəqədi rayon icra hakimiyyətindən isə sakinlərlə razılaşmırlar. Qurumdan "Qaynar xətt"inə bildiriblər ki, son iki ildə rayon ərazisində 19 xeyir-şər evi istifadəyə verilib, 14-ü əsaslı təmir edilib. 68 binanın fasadı təmir olunub. 476 binanın girişi, 318 binanın zirzəmisi, 112 binanın da dam örtüyü təmir edilib. 790 liftdən 128-i yenilənib. 157-i təmir edilib. 27 məhəllə abadlaşdırılıb. 24 xırda park salınıb. 11 park təmir olunub. Rayona bütövlükdə 912 min 300 m2 asfalt döşənib.

"Ən son işlərimiz sırasında ELİT ticarət mərkəzinin qarşısının, ABU-ya gedən yolun asfaltlanması olub. Cəfər Cabbarlı küçəsinə gəlincə, əvvəlcə “Azərsu” ASC həmin ərazilərdəki yeraltı su və kanalizasiya xətlərini yenidən qurmalıdır".

Qurum əməkdaşı bildirib ki, Binəqədi şosesində yağış sularının axıdılması illərdir həllini gözləyən bir problemdir. Onların təşəbbüsüylə “Azərsu” ASC əraziyə uyğun kanalizasiya xətti çəkib. Yeni nasos stansiyası da istifadəyə verilib...

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG