Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:43

ABŞ və Ukrayna qüvvələri Ukraynanın qərbində birgə təlimlərə başlayıb


Foto arxiv

Foto arxiv

ABŞ və Ukrayna qüvvələri Ukraynanın qərbində birgə hərbi təlimlərə başlayıblar.

Məqsəd Ukraynanın şərqində rusiyapərəst separatçılarla mübarizə aparan Ukrayna ordusunu gücləndirməkdir.

Ukrayna prezidenti Petro Poroshenko aprelin 20-də keçirilən açılış mərasimində bildirib ki, Ukrayna ordusu xarici təhlükələrin qarşısını almaq üçün yenidən qurulmalıdır.

ABŞ ordusu Ukrayna hərbçilərinə təlim keçmək üçün ötən həftə Ukraynanın qərbinə 300 desant göndərib.

Hərbi təlimlər hazırda döyüş zonası olan Donetsk və Luqansk vilayətlərinin min kilometrliyində keçirilir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Kiyevlə Qərb Rusiyanı separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG