Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:47

Ukraynada həlak olan Gürcüstan vətəndaşının dəfn xərclərini Tbilisi hökuməti çəkəcək


Mindia Janelidze

Mindia Janelidze

“Ukraynanın şərqindəki Şirokino kəndində gedən döyüşlərdə həlak olan gürcüstanlı könüllü Giorgi Janelidzenin cəsədinin ölkəyə gətirilməsi və dəfn xərclərini dövlət üzərinə götürəcək”.

Bunu aprelin 20-də jurnalistlərə Gürcüstanın müdafiə naziri Mindia Janelidze deyib.

O mərhumun ailə üzvlərinə başsağlığı verib.

Janelidzenin meyiti döyüş zonasından çıxarılaraq Dnepropetrovsk şəhərinə gətirilib.

Daxili işlər naziri meyitin ölkəyə həftənin sonunda gətiriləcəyini deyib.

Ukrayna müdafiə nazirinin müavini VasilyBudikin sözlərinə görə o “Azov” polkunda xidmət edirmiş.

Janelidze aprelin 18-də Şirokino kəndi ətrafında həlak olub.

O indiyədək Ukraynadakı döyüşlərdə həlak olan 3-cü Gürcüstan vətəndaşıdır.

Məlumatlara görə hazırda Ukraynadakı müxtəlif hökumətpərəst qüvvələrin tərkibində 60-dan çox gürcü vuruşur.

Onlarla gürcünün isə rusiyapərəst separatçılar tərəfindən vuruşduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG