Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:52

Təhsil naziri Mikayıl Cabbarov bu il Bakıda dərslərin vaxtından əvvəl başa çatması ilə bağlı məlumata aydınlıq gətirib.

APA-nın məlumatına görə, nazir bildirib ki, iyunun 12-də Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar Nazirlər Kabineti dərslərin müddəti ilə bağlı qərar, Təhsil naziriliyi isə qərarın icrası ilə bağlı əmr imzalayıb. Əmrə əsasən, mayın sonunadək dərslər, həmçinin ali və orta ixtisas məktəblərində imtahanlar başa çatdırılacaq.

Son zəng məsələsinə gəldikdə isə nazir qeyd edib ki, son illər bu məsələ ilə bağlı qərar təhsil müəssisələrinin öhdəliyinə buraxılmışdı, amma mayda bununla bağlı əmr imzalanacaq və bununla da son zənglə bağlı bütün məsələlər tənzimlənəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG