-
Aprelin 20-də Bakıda güclü yanğın hadisəsi baş verib.
Trend xəbər verir ki, Bakının Yasamal rayonu Tbilisi prospektində yerləşən yarımtikilidə yanğın olub. Nəticədə yaxınlığında bir neçə ofis və avtomobil yanıb.
Hazırda hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.