Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:00

Mogherini qaçqın problemi ilə bağlı təcili hərəkətə çağırıb


Federica Mogherini

Federica Mogherini

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini aprelin 20-də bəyan edib ki, Avropaya keçməyə çan atan qaçqınların üzləşdiyi faciələrin qarşısını almaq, Avropa Birliyinin mənəvi borcudur.

O qeyd edib ki, Avropa Birliyi bu yöndə hərəkət etməməsinə haqq qazandıra bilməz.

Qaçqınları daşıyan qayığın aprelin 18-19 arası İtaliyanın Lampeduza adası yaxınlığında batması nəticəsində 700-dən çox adamın öldüyü güman edilir.

İndiyədək cəmi 28 nəfəri xilas etmək mümkün olub.

Mogherini bildirib ki, Avropa Birliyi öılələri təcili hərəkətə keçməlidir.

Avropa Birliyinin xarici və daxili işlər nazirləri aprelin 20-da Lüksemburqda yaranmış vəziyyəti müzakirə edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG