Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:54

Çinlə Pakistan çoxmilyardlıq layihələri müzakirə edirlər


Xi Jinping və Nawaz Sharif

Xi Jinping və Nawaz Sharif

Çinlə Pakistan aprelin 20-də İslamabadda çoxmilyardlıq sərmayə layihələrini müzakirə edirlər.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, Çin prezidenti Xi Jinping Pakistanın baş naziri Nawaz Sharifə 46 milyard dollarlıq infrastruktur və energetika layihələri təqdim edəcək.

Pekinlə İslamabad Pakistanın Qvadar limanı ilə Çinin Sincan əyalətini birləşdirən iqtisadi dəhliz yaratmaq istəyirlər.

Bu dəhliz hazırda separatçı və cinayətkar islamçı qrupların fəal olduğu Bəlucistan əyalətindən keçir.

Çin prezidenti Xi Jinping Pakistan mətbuatına müsahibəsində deyib ki, Pakistanla Çin təhlükəsialik sahəsində əməkdaşlığı möhkəmləndirməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG